
Bakı. Trend:
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat
yayıb.
Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı
qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə
rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən
mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının
Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış
məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan
fasilələrlə atəşə tutub.





























