Advertisement

AFFA-nın yeni prezidenti seçilir – Trend.Az

Bakı. Trend:

Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq tədbir AFFA-nın
indiki prezidenti Rövnəq Abdullayev tərəfindən açıq elan ediləcək
və ardınca Konfransın tərkibi yoxlanılacaq.

Qurumun baş katibi Sərxan Hacıyevin məruzəsi ilə davam edəcək
toplantıda Maliyyə Hesabatları müzakirə olunacaq və müstəqil
auditorun çıxışı dinləniləcək.

Konfrans AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsinin
üzvlərinin seçilməsi ilə yekunlaşacaq. Qurumun yeni rəhbəri postuna
yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəfdir.

Komitə üzvlüyünə prezidentdən başqa, 12 yerə də eyni sayda
namizəd var. Peşəkar Futbol Liqası İctimai Birliyi Səməd Qurbanov,
Fərid Mansurov, Xəyal Cəfərov, Qurban Qurbanov, Maqsud
Adıgözəlovun, Regional Futbol Federasiyaları İctimai Birliyi Elşad
Nəsirov, Balakişi Qasımov, Sərxan Hacıyevin, İctimai Futbol
Təşkilatları İctimai Birliyi Könül Mehtiyeva, Zaur Axundovun, Sahə
Futbol Federasiyaları İctimai Birliyi Ülvi Mansurov və Leyla
Xəlilova-Rzazadənin namizədliyini irəli sürüb.

Qeyd edək ki, Konfransın ardından İcraiyyə Komitəsinin yeni
tərkibdə ilk iclası planlaşdırılıb.