Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Aprelin 1-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən
bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 79 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.