
Bakı. Trend:
Bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi
müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verildi.
Bu barədə Trend-ə İnsan Resursları Mərkəzindən məlumat
verilib.
Qeyd edilib ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində
müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan
şəxslər iştirak edə bilərlər.
“Namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və
müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu
müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox
sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla
müsabiqəyə qatılmaq hüququ var.
Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən
diqqətli olmaq tövsiyə edilir.
Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı
elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:
Əri və ya arvadı hərbçi olduqda:
✔nikah haqqında şəhadətnamənin surəti;
✔ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya
arayışın surəti.
Şəhid ailəsi üzvü olduqda:
✔ şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin
(doğum haqqında şəhadətnamənin) surəti;
İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə
yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə
dəyişdirdikdə:
✔ həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq
edən sənədin surəti.
Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
✔sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.
Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid
faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.
Namizədlər 8 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme
linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan
keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan
sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə
ictimaiyyətə məlumat veriləcək.
Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı
linkə daxil olaraq tanış ola bilərsiniz:
https://miq.edu.az/yerdeyishme/faq “,- deyə əlavə edilib.





























