
Bakı. Trend:
“Azərbaycan Premyer Liqasının formatı və çempionatdakı klub sayı
ilə bağlı müzakirələrimiz olacaq”.
Trend xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən
Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat
konfransında deyib.
O bildirib ki, bununla bağlı hazırda yeni qərar yoxdur:
“Bunun üçün müəyyən təhlil aparmalıyıq. Qərar verdiyimiz zaman
Azərbaycanda və başqa ölkələrdə olan təcrübəni nəzərə
alacağıq”.





























