Advertisement

Britaniyada 27 il axtarışda olan şəxs aeroportda tutuldu

Bakı. Trend:

Böyük Britaniyanın ən çox axtarılan şəxlərindən biri olan Riçard
Borovs Tailanddan Londona qayıdarkən Hitrou hava limanında həbs
edilib.

Trend “Independent”ə istinadən xəbər verir ki, 80 yaşlı Riçard
Borovs uşaqlara qarşı cinsi istismar və zorakılıqda ittiham
olunur.

O, 1997-ci ilin dekabrında “Chester Crown” məhkəməsinə gəlmədiyi
üçün 27 il idi ki, Çeşir polisi tərəfindən axtarılırdı.