Advertisement

Azərbaycana xaricdən pul köçürmələri azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda banklara
sürətli pul köçürmə sistemləri vasitəsi ilə 317.9 milyon manat
vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən
vəsaitin həcmi isə 87.4 milyon manata bərabər olub.

Trend Azərbaycan Mərkəzi
Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarına
nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil
olan vəsaitin həcmi 31.2% və ya 144.5 milyon manat, banklardan
xaricə köçürmələr isə 29.6% və ya 36.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 2 ayında Azərbaycanda banklara
sürətli pul köçürmə sistemləri vasitəsi ilə 462.4 milyon manat
daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 124.1
milyon manat təşkil edib.