
Bakı. Trend:
Rusiya Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ilə
dialoq aparır.
Trend xəbər
verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov deyib.
Onun sözlərinə görə, bu dialoq mühüm məsələlərin həlli üçün
zəruridir.
“Məsələ orasındadır ki, bu bizimlə yanaşı olan ölkədir. Bu və ya
digər halda biz onlarla ünsiyyətdə oluruq. Biz zəruri məsələləri
həll etməliyik. Bu da dialoq tələb edir. Faktiki olaraq, hamı kimi
biz də onlarla ünsiyyətdə oluruq. Onlar de-fakto Əfqanıstanda
hakimiyyətdədirlər”, – deyə Kreml nümayəndəsi bildirib.





























