Advertisement

Makron yaxın günlərdə Fransanın yeni Baş nazirini təyin edəcək

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni hökumət başçısını təyin etmək niyyətindədir.

APA xəbər verir ki, ölkə lideri bunu xalqa müraciəti zamanı deyib.

Emmanuel Makron onu da qeyd edib ki, 2027-ci ildə səlahiyyət müddəti başa çatana qədər vəzifədə qalmaq niyyətindədir.

“Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər bu vəzifəni icra edəcəyəm,” – dövlət başçısı qeyd edib.