Advertisement

Bakı-Şamaxı yolu buz bağlayıb, avtomobillərin hərəkətində çətinlik yaranıb – VİDEO

Bakı-Şamaxı avtomobil yolu buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, yolda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub: “Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər”.

APA-nin Şirvan bürosu xəbər verir ki, qar və çovğun Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində yol qəzalarına səbəb olub. Buzlaşmanın olduğu ərazilərdə hərəkət edən bəzi avtomobillər idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Xəsarət alanlar olmasa da, avtomobillərə ziyan dəyib.

Yolların qardan təmizlənməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi səfərbər olunub.