
Bakı. Trend:
Azərbaycanlı futbolçu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”
Türkiyə Superliqasında növbəti oyununu keçirib.
Trend İdman.biz-ə xəbər
verir ki, onun komandası komandası 31-ci turda səfərdə
“Qalatasaray”a 0:1 hesabı ilə uduzub.
Matça ehtiyat oyunçular skamyasında start verən Renat meydana
çıxmaq şansı qazanmayıb. Mauro İkardinin vurduğu qol qarşılaşmanın
taleyini həll edib. Hesabında 33 xal olan “Hatayspor” 15-ci pillədə
qərarlaşıb.
Qeyd edək ki, Renatın komandası 32-ci turda öz meydanında
“İstanbulspor”la qarşılaşacaq.





























