Advertisement

Britaniya hərbçiləri maaşların artmasına baxmayaraq ordunu tərk edirlər

Hökumətin silahlı qüvvələr böhranını həll etmək üçün təqdim etdiyi rekord maaş artımına baxmayaraq, Britaniya hərbçiləri ordunu tərk edir.

APA xəbər verir ki, bununla bağlı “The Telegraph” məlumat yayıb.

“Tarixdə ilk dəfə olaraq Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbi qulluqçu düşür”, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, son bir il ərzində Britaniya Silahlı Qüvvələrini 15 mindən çox insan tərk edib, onlardan təxminən 8 mini hərbi sıraları öz istəkləri ilə tərk edib.