Advertisement

İtaliya Kuboku: “Yuventus” “Latsio”nu məğlub edib

Bakı. Trend:

Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinə start
verilib.

Trend-in
məlumatına görə, günün yeganə oyununda “Yuventus” “Latsio”nu qəbul
edib. Görüş “qoca sinyora”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda qolları Federiko Kyeza və Duşan Vlahoviç vurub.

Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər oyunu aprelin 3-də “Fiorentina”
və “Atalanta” komandaları arasında baş tutacaq.