Advertisement

ABŞ maliyyə naziri Çinə səfər edəcək

Bakı. Trend:

ABŞ-ın maliyyə naziri Canet Yellen aprelin 3-dən aprelin 9-dək
Çinə səfər etmək niyyətindədir və orada ölkə rəhbərliyinin
nümayəndələri ilə görüşməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

C.Yellenin ikitərəfli görüşlər və digər təmaslar üçün Çinə səfər
edəcəyi bildirilib. Onun səfəri qeyri-qanuni pul dövriyyəsi ilə
mübarizə, maliyyə sabitliyinin yaradılması, iqlim problemlərinin
həlli və inkişaf etməkdə olan ölkələrin borcları ilə bağlı
məsələlərin həlli sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi
daşıyır.

Bildirilib ki, Yellen ölkədə olarkən Çinin Dövlət Şurasının baş
naziri Li Tsyan, baş nazirin müavini He Lifen və maliyyə naziri Lan
Foan ilə görüşməyi planlaşdırır. Bundan əlavə, o, iqtisadi
ekspertlər və Amerika biznes ictimaiyyətinin nümayəndələri ilə bir
sıra digər ikitərəfli görüşlər və məsləhətləşmələr keçirməyi
planlaşdırır.