
Bakı. Trend:
Şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı
dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.
Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən bildirilib.
Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə
turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər
anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u
dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub.
Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən
qeydə alınıb.





























