
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosu xəbər verir ki, hadisə Xanbulan kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.

























