
Bakı. Trend:
Zərdabda oğurluq edən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə verilən
məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən tədbirlərlə rayonun Böyük Dəkkə və Təzəkənd kəndləri
ərazisində oğurluq faktları törədən Ağdam rayon sakinləri T.Axunov,
F.İsmayıllı və E.Baxışov saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər müxtəlif
vaxtlarda kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları
oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.





























