
Bakı. Trend:
2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatlarından
sonra Xankəndidə yaşamağa davam edən Sarkis Qalstyan bu yaxınlarda
arvadı ilə birlikdə Ermənistana gedib.
Trend erməni
KİV-ə istinadən xəbər verir ki, Qalstyan Gorusda Ermənistanın Milli
Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və
nəzarətə götürülüb.
Erməni KİV Milli Təhlükəsizlik Xidməti ilə məlumatı
dəqiqləşdirməyə çalışıb, lakin onlardan yazılı sorğu göndərmələri
tələb olunub. Bundan başqa, Qalstyanın Ermənistanda yaşayan
qohumları da məlumatı nə təkzib, nə də təsdiq ediblər.
KİV nümayəndələri məsələ ilə bağlı Ermənistanın Milli
Təhlükəsizlik Xidmətinə də sorğu göndərib, lakin hələ cavab
almayıb.





























