
Bakı. Trend:
Nazirlər Kabineti “Dövlət orqanları, dövlət mülkiyyətində olan
və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan
hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və
komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın
təsdiq edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarında
dəyişiklik edib.
Trend xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni
qərar imzalayıb.
Qərara əsasən, Siyahıya Milli Aviasiya Akademiyası, eləcə də,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi əlavə
olunub.





























