Advertisement

İsveçrədə helikopter qəzaya uğrayıb – Trend.Az

Bakı. Trend:

İsveçrənin cənubunda bələdçi və turistləri daşıyan helikopter
qəzaya uğrayıb.

Trend xəbər verir ki, təxminən 3700 metr yüksəklikdə zirvəyə
çırpılan helikopter qərb yamacına doğru sürüşüb.

Qəzada yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Digər 3 nəfər
isə hadisə yerində həyatını itirib.