
Bakı. Trend:
Bu gün ölkə ərazisində güclü küləklə müşayiət olunan hava
şəraiti hökm sürəcək.
Bunu Trend-ə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova
deyib.
Onun sözlərinə görə, Bakıda və Abşeronda küləyin sürətinin
arabir 30-35 m/s-yə çatacağı gözlənilir:
“Ölkənin bir çox bölgələrini əhatə edən küləkli hava şəraiti
ehtiyatlı və tədbirli davranmağımıza əsas yaradır. Tövsiyəmiz odur
ki, ehtiyat tədbirlərini unutmayaq. Əsasən də kiçik yaşlı uşaqların
nəzarətsiz buraxılması məsləhət deyil.
Həmçinin tikinti işləri gedən obyektlərin, yüngül
konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik
dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir. Nəqliyyat
vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək
gərəkdir”.





























