Advertisement

Müasir dövrdə qlobal ekoloji problemlərin aktuallığı daha da artıb – Baş pokuror

Bakı. Trend:

Müasir dövrdə qlobal ekoloji problemlərin aktuallığı daha da
artıb.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda
Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşündə
çıxışı zamanı deyib.

K.Əliyev qeyd edib ki, dünya dövlətləri bu istiqamətdə öz
səylərini səfərbər edib.

Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir, tarixən bizim
xalqlarımızın inkişafında öz rolunu oynayıb. Onun təbiətinin
mühafizəsi və biomüxtəlifliyinin qorunub saxlanılması və gələcək
nəsillərə ötürülməsi bizim mənəvi borcumuzdur. Əminəm ki, bu gün
aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin
mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə
tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə
gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir”, – deyə
K.Əliyev bildirib.

Qeyd edək ki, Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının
beştərəfli görüşü keçirilir. Tədbirdə Azərbaycan Respublikasının
Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin
müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər
Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli
şəxsləri və digərləri iştirak edirlər.