Advertisement

FHN güclü küləklə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə təkrar
müraciət edib.

Trend xəbər verir ki, müraciətdə bildirilir:

“Hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar
Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti
tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik
dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə
olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə
əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində
yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət
edilməlidir”