Advertisement

Azərbaycan Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimallaşdırılması üzrə tədbirlər görür – Nazir müavini

Bakı. Trend:

Azərbaycan Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin
minimallaşdırılması üzrə tədbirlər görür və bu cür tədbirlərdən
biri xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin
yaradılmasıdır.

Trend xəbər
verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavin
Umayra Tağıyeva Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşündə
deyib.

“Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin
minimallaşdırılması üzrə tədbirlər görür və bu cür tədbirlərdən
biri xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin yaradılmasıdır.
Ölkəmiz ətraf mühitin mühafizəsi məsələlərinə, ondan səmərəli
istifadəyə, “Qırmızı kitab”a daxil edilmisi,nə nadir fauna və flora
növlərinin qorunmasına, eləcə də ekoturizmin inkişafına sadiqdir”,
– o deyib.

Qeyd edək ki, bakıda Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü
keçirilir.

Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev,
Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər
iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun