Advertisement

Xəzər dənizi Xəzəryanı dövlətlər üçün böyük dəyər kəsb edir – İran baş prokurorunun müavini

Bakı. Trend:

Xəzər dənizi Xəzəryanı dövlətlər üçün böyük dəyər kəsb edir.

Trend xəbər
verir ki, bu barədə İran baş prokurorunun müavini Qolam Abbas
Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının
rəhbər şəxslərinin beştərəfli görüşündə deyib.

“Biz ölkələrimiz üçün böyük dəyər kəsb edən Xəzər dənizinin
biomüxtəlifliyini qorumalıyıq. Bu problemləri birlikdə həll etmək
lazımdır və biz bu səbəbdən buraya toplaşmışıq”, – deyə o
bildirib.

Qolam Abbas bu gün Xəzər dənizinin mühafizəsi üzrə 200-dən çox
sənədin olduğunu və bu sənədlərin Xəzər dənizinin resurslarından
sui-istifadəyə yol verilməməsi üçün mühüm əsas olduğunu qeyd
edib.

Onun sözlərinə görə, Xəzər dənizinin mühafizəsi üçün milli
səviyyədə idarəetmə vasitələri formalaşdırmaq lazımdır və bu iş
ciddi koordinasiya tələb edir.

“Prokurorluq orqanları bu prosesdə böyük rol oynayacaq. Bugünkü
görüş Xəzər dənizinin mühafizəsi üzrə gələcək fəaliyyət üçün
olduqca vacibdir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Xəzəryanı dövlətlərin Baş
Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü keçirilir.
Görüş Xəzər dənizindəki ekoloji təhdidlərə və Xəzəryanı ölkələrin
prokurorluq orqanlarının dəniz mühitinin mühafizəsi üzrə
strategiyasına həsr olunub.

Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev,
ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva,
eləcə cə Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin
Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər
iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun