
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə”
Ticarət Mərkəzində yanğın baş verməsi barədə məlumat daxil
olub.
Trend FHN-ə istinadən xəbər
verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini
çətinləşdirsə də yanğınsöndürənlərin operativ müdaxiləsi və
peşəkarlığı sayəsində ticarət mərkəzində baş vermiş yanğın geniş
sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 250kv.m olan anbarın içərisinə
yığılmış parça materialları 50kv.m sahədə və bitişik yerləşən,
sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları
10kv.m sahədə yanıb.
Anbarlar, içərisində olan digər parça materialları və obyektlər
yanğından mühafizə edilib.
xxx
10:25
Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə
Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə
Ticarət Mərkəzinin ərazisində yanğın olması barədə ilkin məlumat
daxil olub.
Tren FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri
çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində
yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.

























