Advertisement

Prezident İlham Əliyev: Azərbaycan COP29-a çox ciddi hazırlaşır

Bakı. Trend:

Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni
Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev konqolu
həmkarı ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti
kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli
formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki,
məqsədəmüvafiq ola bilər”.