
Bakı. Trend:
İsrail Polisinin Qüds ərazisindəki Mərkəzi İstintaq Bölməsi və
İsrail Təhlükəsizlik Agentliyi (Şin Bet) tərəfindən son bir ay
ərzində Şərqi Qüdsdə İŞİD tərəfdarları tərəfindən təşkil olunmuş
terror aktlarının qarşısı müvəffəqiyyətlə alınıb.
Trend xəbər
verir ki, bu barədə İsrail polisi “X” sosial şəbəkəsindəki rəsmi
hesabında məlumat yayıb.
Şərqi Qüdsdən olan 3 şübhəli Qüdsdəki polis bölməsinə və Teddi
stadionuna partlayıcı və silahla hücum planlaşdırdıqlarına görə
həbs olunublar.




























