
ABŞ-ın böyük həcmdə dövlət borcu narahatlıq doğurur, lakin defolt ehtimalı istisna edilir.
Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.
“Mən hələ də dövriyyədə olan böyük borc həcmindən narahatam. İnsanlara ABŞ-ın defolt elan edəcəyini deməyə ehtiyac yoxdur. Bu, həqiqətə uyğun deyil”, – deyə Bessent vurğulayıb.





























