Advertisement

2025-ci ilin I rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollardan yüksək olub

2025-ci ilin yanvar-mart ayları ərzində dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti məlum olub.

Azərbaycan neftinin orta qiyməti 77.5 ABŞ dolları olub

APA-Economics”in apardığı hesablamalara görə, bu ilin ilk 3 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 77.5 ABŞ dollarına bərabər olub.

2025-ci ilin I rübündə neftin qiymətindəki dəyişikliklər

2025-ci ilin I rübü ərzində ən yüksək göstərici, 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 71.40 ABŞ dolları səviyyəsində olub.

Dövlət büdcəsi və neft-qaz sektoru gəlirləri

Xatırladaq ki, cari il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 70 ABŞ dollarından hesablanıb. 2025-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 356 milyon manat) 18 milyard 773 milyon manatı neft-qaz sektorunun hesabına formalaşır. Bu vəsaitin 14 milyard 481 milyon manatı Dövlət Neft Fondundan transfertin, 3 milyard 830 milyon manatı vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmaların, 462 milyon manatı isə SOCAR üzrə dividend ödənişinin payına düşür.