Advertisement

Kristalina Georgiyeva BVF-nin rəhbəri vəzifəsinə yeganə namizəd oldu

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) növbəti icraçı direktoru
vəzifəsinə namizədlərin irəli sürülməsi prosesi aprel 3-ü başa
çatıb.

Trend-in
məlumatına görə, bu barədə Fond rəhbərliyinin açıqlamasında
bildirilib.

Məlumata əsasən, yeganə namizəd BVF-nin hazırkı rəhbəri
Kristalina Georgiyeva oldu.

Qeyd olunub ki, BVF-nin İcraçı Direktorlar Şurası 70 yaşlı
K.Georgiyeva ilə fərdi müsahibələr aparacaq və onların nəticələrinə
əsasən namizədlik təsdiqlənməlidir.