Advertisement

Kür çayında bir nəfərin meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Neftçala rayonu, Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində
1 nəfərin meyitinin Kür çayından çıxarılmasına köməklik
göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar
Muğan DAQ-dan xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit su kanalından
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.