
Bakı. Trend:
Bu gün şahmat üzrə İddiaçılar turnirinə start verilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan
turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ilk
sınağına çıxıb.
Təmsilçimiz rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb. Nicat bu
görüşü ağ fiqurlarla oynayıb. Tərəflər partiyanın 34-cü gedişində
heç-heçəyə razılaşıblar.





























