Bakı. Trend:
Alyans Ukraynaya döyüş hissələri göndərmək niyyətində deyil.
Trend-in
məlumatına görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq
bildirib.
“NATO müttəfiqləri Ukraynaya əhəmiyyətli hərbi dəstək göstərir.
Biz bu fəaliyyəti daha da gücləndirməliyik. Xüsusilə də bu ölkəyə
hava hücumundan müdafiə sistemləri göndərməliyik”, – deyə Baş katib
qeyd edib.




























