Advertisement

AVRO-2025: Millimiz Macarıstan sınağında – Trend.Az

Bakı. Trend:

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti
oyununu keçirəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində
mübarizəyə başlayacaq.

Siyasət Əsgərovun yetirmələri B liqasının 1-ci qrupunda yarışa
səfərdə start verəcək. Komandamız Macarıstanın qonağı olacaq.

Qeyd edək ki, qrupumuzun digər oyununda İsveçrə Türkiyəni qəbul
edəcək.

AVRO-2025-in seçmə mərhələsi
B liqası, 1-ci qrup
I tur, 5 aprel

19:45. Macarıstan – Azərbaycan
Baş hakim:
Kirsti Doul (İngiltərə)
Şent Qellert Forum