Advertisement

“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda” təsdiqləndi

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş
əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nı
təsdiq edib.

Trend xəbər verir ki, bununla
bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Əvəzində “Ödəniş kartlarının emissiyası və istifadə
Qaydaları”nın təsdiq edilməsi barədə” 10 iyul 2012-ci il tarixli
qərarı ləğv edilib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə
təqdim edilməsi tapşırılıb.