
Bakı. Trend:
Pensiyaçalara maddi yardım verilməsi məsələsinə aydınlıq
gətirilib.
Trend xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında
Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
“2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək
pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığrota
prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi.
2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən
məbləği pensiyalara daxil edildi. Həmin yardımlar
indeksləşidirlərək pensiya məbləği daxilində ödənilir. Sosial
ödənişlərdə artımlar ola bilər. Bunu indi dəqiq demək çətindir.
Vətəndaşlara dövlətin dəstəyi davamlı şəkildə gücləndirilir”, –
deyə o bildirib.
Xəbər yenilənəcək





























