Advertisement

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı məlum olub

Bakı. Trend:

Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı
ilin əvvəli ilə müqayisədə 0,8 % çox – 768,1 min olub.

Trend xəbər verir ki, bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat
yayıb.

Məlumata görə, yanvar-mart aylarında aktiv ƏDV ödəyicilərinin
sayı isə 3,9 % artaraq 47,5 min təşkil edib.

3 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı
isə 0,2 % artaraq 205 minə çatıb.