Advertisement

Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına sadiqdir – Paşinyan

Bakı. Trend:

Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına
sadiqdir.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün
Brüsseldə keçiriləcək ABŞ-Aİ-Azərbaycan üçtərəfli görüşündən əvvəl
mətbuat konfransında deyib.

“Azərbaycanla 1991-ci il Almatı bəyannaməsi çərçivəsində ərazi
bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin
normallaşmasına sadiqik. Biz həmçinin sərhədlərin delimitasiyası və
tranzit marşrutlarının açılmasının tam tərəfdarıyıq”, – o
deyib.

Qeyd edək ki, bu yaxında ABŞ Dövlət Departamentinin mətbuat
katibi Metyu Miller brifinqdə bildirib ki, Ermənistanın ticari
tərəfdaşlığın şaxələndirilməsi və humanitar ehtiyacların
qarşılanması işində ABŞ və Avropa İttifaqının (Aİ) ölkəyə dəstəyini
müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və
Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə üçtərəfli
ABŞ-Aİ-Ermənistan görüşündə iştirak edəcək.

O, Brüsseldəki görüşün diqqəti Ermənistanın iqtisadi
dayanıqlılığına yönəltmək məqsədi daşıdığını əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun