Advertisement

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək

Bakı. Trend:

İmtahanda iştirak etmək istəyən dövlət qulluqçuları DİM-in
portalında “Şəxsi
kabinet
”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.
Şəxsi
kabinet
”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif
ödəniş üsullarından (ətraflı məlumat
www.payment.dim.gov.az
saytında verilib) istifadə etmək olar.
Şəxsi
kabinet
” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən
sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında

“Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi”
xidməti
vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və
imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri
qaytarılımır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, dövlət
qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC,
BA qrupları üzrə kompüter, BB qrupu üzrə isə imtahan iştirakçıların
sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə
12 may tarixində keçiriləcək. İmtahanlar saat 11:00-da
başlanır.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı
Mərkəzin internet portalında BB qrupu üzrə 30 aprel saat 11:00-dək,
AB, AC, BA qrupları üzrə isə 8 may saat 11:00-dək həyata
keçiriləcək.

Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi
üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə
bilərlər:

– Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət
qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs
sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin
sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec
olmayaraq;

– “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il
31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək
(10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə
qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan
və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət
qulluqçuları.