Advertisement

Ezamiyyə xərclərinin normaları dəyişib – Trend.Az

Bakı. Trend:

Ezamiyyə xərclərinin normaları dəyişib.

Trend xəbər verir ki, baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Bu zamanadək Azərbaycan Respublikasının ərazisində ezamiyyə
xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə,
Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli
digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və
kəndlərdə 65,0 manat olub.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində
ezamiyyə xərclərinin Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində
100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər
şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və
kəndlərdə 90,0 manat olacaq.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin
müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri
təşkil edibsə, dəyişikliyə əsasən, bu göstərici 70 faizə
endirilib.