
Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən
ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən Trend-ə bildirilib ki, İpoteka və Kredit
Zəmanət Fondunun xətti ilə indiyədək 49 min 276 ipoteka krediti
verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə
məbləğ 3 milyard 6 milyon 359 min 113 manatdır.
Kirayəçilərin istifadəsinə 4427 yaşayış sahəsi verilib.



























