
Bakı. Trend:
Kiberdələduzlar üçün ilkin mərhələdə hədəf haqqında məlumatların
əldə olunması olduqca əhəmiyyətlidir.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.
Qeyd edilib ki, bunun başlıca səbəblərindən biri hədəfə ediləcək
kiberhücum zamanı əldə edilən məlumatlar vasitəsilə zəif nöqtələrin
təyin olunmasıdır və bu da öz növbəsində kiberhücumun növünü
müəyyən edir:
“Yəni bir növ əldə olunan məlumatlar əsasında kiberdələduz hansı
hücumu (fişinq, sosial mühəndislik, brute-force və s.) edəcəyini
müəyyənləşdirir.
Qeyd olunanları nəzərə alaraq hər hansı kiberhücum zamanı
istifadə oluna biləcək fərdi məlumatlarınızı ictimaiyyətə açıq
şəkildə sosial şəbəkələrdə paylaşmayın”.





























