Advertisement

Ukrayna Almaniyadan 2,2 milyard avro dəyərində HHM sistemləri alacaq

Almaniya Ukraynaya 2,2 milyard avro dəyərində IRIS-T hava hücumundan müdafiə sistemləri və raketləri tədarük edəcək.

APA xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov öz “Facebook” səhifəsində yazıb.

“Diehl Defence ilə IRIS-T sistemlərinin və onlar üçün raketlərin istehsalına dair müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 2,2 milyard avrodur”, – Umerov bildirib.