Advertisement

Azərbaycan gimnastları Avropa çempionatında qızıl və gümüş medallar qazanıblar

Bakı. Trend:

Portuqaliyanın Gimareyeş şəhərində keçirilən batut gimnastikası
və tamblinq üzrə Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, yeniyetmələrin batutda sinxron
hərəkətlərində Əli Niftəliyev və Ammar Baxşaliyev cütü qızıl medal
qazanıb.

Qızların batutda sinxron hərəkətləri yarışında isə Azərbaycan
gimnastları Ayan Şabanova və Samirə Hüseynova fəxri kürsünün ikinci
pilləsində yer alıblar. Bu, Azərbaycan batutçu qızların ilk Avropa
medalı olub.

Qeyd edək ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və
Bilal Qurbanovdan ibarət tamblinq yığmamız Avropa çempionatında ilk
qızıl medalı qazanıb.