Advertisement

İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi Məhəmməd Bagerinin öldürülüb

İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri öldürülüb.

APA xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

***

06:28

İran tərəfi İsrailin endirdiyi hava zərbələri nəticəsində Baş Qərargah rəisi Məhəmməd Bagerinin həlak olması ilə bağlı məlumatları təkzib edib.

APA xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.

***

05:53

İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagerinin həlak olduğu ehtimal edilir.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

İran tərəfi Bagerinin taleyi ilə bağlı hələlik açıqlama verməyib.