
Bakı. Trend:
Azərbaycanlı tamblinqçi Mixail Malkin Avropanın 2023-cü ildə ən
yaxşı gimnastı seçilib.
Trend xəbər verir ki, onun baş məşqçisi Adil Hüseyn-zadə ən
yaxşı məşqçi nominasiyasında fərqlənib.
Nominantlara mükafatlar Portuqaliyanın Gimaraynş şəhərində
keçirilən Avropa çempionatında təqdim olunub.
Qeyd edək ki, Malkin ötən il Böyük Britaniyada keçirilən dünya
çempionatında qızıl medal qazanıb.





























