Advertisement

Mərkəzi Afrikada məktəbdə transformator partlayıb, 29 nəfər ölüb

Mərkəzi Afrika Respublikasının paytaxtında orta məktəbdə transformatorun partlaması səbəbindən çaxnaşma yaranıb, nəticədə ən azı 29 şagird həlak olub.

APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə 5 mindən çox şagirdin liseydə buraxılış imtahanı verdiyi zaman baş verib.

Yaranmış təlaş nəticəsində 260 nəfərin yaralandığı vurğulanıb.