Advertisement

A-QROUP-dan unikal təklifin nəticələri – Trend.Az

Bakı. Trend:

A-Qroup Sığorta Şirkəti və şirkət tərəfindən sığortalanmış zərif
cinsin bütün nümayəndələri üçün baharın gəlişi unikal təkliflə
başladı: MediClub klinikasında tam PULSUZ hərtərəfli diaqnostik
müayinədən keçmək!

Bu təklifdən yararlanan, öz sağlamlıqlarının qeydinə qalan və
MediClub klinikasının peşəkarları tərəfindən konsultasiya,
diaqnostika və müayinədən keçən bütün xanımlara A-QROUP öz
minnətdarlığını bildirir.

Sağlamlıq ən qiymətsiz hədiyyədir. Sığortalıların sağlamlığının
qorunması isə A-Qroup sığorta şirkətinin prioritet sahəsi olub və
olmağa davam edir.

Nəzərinizə çatdıraq ki, A-Qroup Sığorta Şirkəti tibbi sığorta
bazarında liderdir və 29 ilə yaxındır ki, müştərilərinin qayğısına
qalan və onlara beynəlxalq standartlara cavab verən yüksək
ixtisaslı xidmət göstərən şirkət kimi fəaliyyət göstərməkdə davam
edir.

Sağlamlığınızı – ən vacib aktivinizi – A-Qroup-a etibar
edin.

Özünüzə və sağlamlığınıza diqqətli olun! Biz isə DAİMA
YANINIZDAYIQ!