
Bakı. Trend:
10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının
inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini
qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli
kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər
seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən 2024-cü ilin mart ayı üçün
açıqlanan hesabata əsasən “PAŞA Kapital” 6 milyard 834 milyon
manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri
investisiya şirkəti mövqeyində möhkəmlənib. Həmçinin hesabat dövrü
ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo
bazarları üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın
lideri kimi fərqləndirilib.
Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən “PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə
müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 270%, Mərkəzi
Bankın notları üzrə 132% və Maliyyə Nazirliyinin istiqrazları üzrə
isə 114% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların
ilkin yerləşdirilməsi üzrə 180 milyon manat dəyərində ticarət
əməliyyatı həyata keçirilib. Onu da qeyd edək ki, şirkətin ümumi
dövriyyə həcmi keçən ilin fevral ayı ilə müqayisədə 184%
çoxdur.
Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və
korporativ müştərilərə investisiya xidmətləri göstərir. Eləcə də
brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə
məsləhətləri və tədqiqat, eləcə də marja ticarəti sahəsində öz
xidmətlərini təklif edir. Belə ki, “PAŞA Kapital İnvestisiya
Şirkəti” QSC, gələcək illər üçün də investisiya xidmətlərinin daha
geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet
istiqamət olaraq müəyyənləşdirmişdir.



























